Azərbaycan.media xəbər verir ki, Türkiyənin Diyarbəkir vilayətinin Yenişehir rayonunda xidmət aparan polis əməkdaşlarına silahla atəş açan 4 nəfər saxlanılıb.
Bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, hadisə Yenişehir rayonunun Şehitlik məhəlləsində baş verib. Şübhəli şəxslər polis əməkdaşlarına atəş açsa da, insident nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə dərhal əlavə polis qüvvələri cəlb olunub və əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslərdən birinin barəsində həbs cəzası olsa da, indiyədək cəzadan yayındığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxundu: 5
