🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dilarə Əliyeva “Mətbuatın 150 illiyi” medalı ilə təltif olunub

Azərbaycan.media xəbər verir ki, Əməkdar artist, “Soy Production”un rəhbəri Dilarə Əliyeva Həsən bəy Zərdabinin 1875–2025-ci illəri əhatə edən mətbuat yubileyi münasibətilə yüksək dövlət təltifinə layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilmiş “Mətbuatın 150 illiyi” yubiley medalı Dilarə Əliyevaya təqdim olunub. O, bu təltifi böyük qürur və məsuliyyət hissi ilə qəbul etdiyini bildirib.
Dilarə Əliyeva göstərilən etimada görə hər kəsə təşəkkürünü ifadə edib.

 

Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media