Azərbaycan.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən liman infrastrukturuna genişmiqyaslı hava zərbələri endirib.
Bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper “Telegram” hesabında məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O.Kiper bildirib ki, zərbə Odessa rayonunda yerləşən liman obyektinə ballistik raketlərlə endirilib. Hücum nəticəsində dayanacaq ərazisində olan yük avtomobilləri yanaraq tam yararsız hala düşüb.
“Yaralılara tibb müəssisələrində zəruri tibbi yardım göstərilir. Hava həyəcanı siqnallarının tez-tez səslənməsi təcili tibbi yardım və xilasetmə xidmətlərinin işini çətinləşdirir”, – deyə vilayət rəhbəri qeyd edib.
