Azərbaycan.media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli xalq şairi Nəriman Həsənzadəni Mərkəzi Klinik Xəstəxanada ziyarət edib.
Bu barədə saytımıza şairin köməkçisi Arif Mehmandost məlumat verib. Qeyd olunub ki, Nəriman Həsənzadə bir müddətdir xəstəxanada müalicə alır və vəziyyəti ağır stabil olaraq qalır.
