Azərbaycan.media xəbər verir ki, Akademik Opera və Balet Teatrının təqdimatında Pyotr Çaykovskinin məşhur “Qu gölü” baleti Heydər Əliyev Sarayında “Mariinski” Teatrının aparıcı solistləri tərəfindən səhnələşdirilib.
Odetta – Odiliya obrazını Sankt-Peterburqun “Mariinski” Teatrının prima-balerinası Oksana Skorik, Ziqfrid obrazını “Mariinski” Teatrının aparıcı solisti və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Əsgərov, Rotbart obrazını Ağamir Mirzəyev, Təlxək obrazını Miraydın Abdullayev, Pa-de-trua isə Ayan Eyvazova, Liana Praga və Timur Oduşev ifa ediblər. Balaca qu quşları rolunu Yuliya Ferştandt, Leyla Narimanidze, Səbinə Hacıdadaş, Dinara Məmmədova, böyük qu quşları rolunu isə Liana Praga, Əməkdar artist Elmira Süleymanova və Səbinə Məmmədova canlandırıb.
Dekabrın 19-na biletlər qısa müddətdə tükəndiyindən, tamaşa ikinci dəfə – dekabrın 23-də də təqdim olunacaq. Lakin dekabrın 23-nə olan biletlər də artıq satılıb.
