🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Meyxanaçı Kərim Novruzov vəfat edib

Azərbaycan.media xəbər verir ki, tanınmış meyxanaçı Kərim Novruzov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bu barədə APA-ya onun oğlu məlumat verib.

Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 2017-ci ildə onun beyninə qan sızıb. Sənətçi 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

Onun dəfn tarixi hələ dəqiqləşməyib.

Məlumatı ilk olaraq manşet.az yayıb.