🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mərakeş Ərəb Kubokunun qalibi olub

Azərbaycan.media xəbər verir ki, Qətərin “Lusayl” stadionunda futbol üzrə Ərəb Kuboku turnirinin final oyununda Mərakeş və İordaniya milli komandaları üz-üzə gəlib.

Qarşılaşmada ilk qol 4-cü dəqiqədə Mərakeş yığmasının futbolçusu Ussama Tannane tərəfindən vurulub. İordaniya komandası 48-ci və 68-ci dəqiqələrdə Ali Olvanın qolları ilə hesabı öz xeyrinə dəyişib. Mərakeşli futbolçular isə əsas vaxtın sonlarında, 87-ci dəqiqədə Əbdürrazzaq Həmdallahın sayəsində hesabı bərabərləşdiriblər.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanıb. 100-cü dəqiqədə Həmdallah yenidən fərqlənərək yekun hesabı 3:2 müəyyənləşdirib.

Beləliklə, Mərakeş millisi Ərəb Kubokunun qalibi olub.