Azərbaycan.media xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, 1 yanvar – 30 noyabr tarixləri ərzində quruma 392 korrupsiya hüquqpozmaları ilə bağlı müraciət daxil olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 24,2% azalma deməkdir.
Qurbanov bildirib ki, müraciətlərdən 26-sı təsdiqlənib (7%), 36 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2024-cü ildə isə 517 müraciət daxil olub, 23-ü təsdiqlənib (4%) və 33 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
