🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dövlət büdcəsi hesabına qəzet kağızının norması müəyyənləşib

Azərbaycan.media xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə Qərara dəyişiklik edilməsi haqqında sənəd imzalayıb.

Qərara əsasən, dövlət sifarişlərinin yerinə yetirilməsi üçün bu qəzetlərin redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib.