🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nazir Anar Əliyev Kürdəmir və Hacıqabul sakinlərini qəbul edib

Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, reabilitasiya, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib, vətəndaşlar isə aktiv məşğulluq və özünüməşğulluq proqramlarına cəlb edilmək üçün qeydiyyata alınıblar.