Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Abşeron rayonunda avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Hökməli və Qobu qəsəbələrində yol təmirinin davam etdirilməsi üçün ilkin olaraq 1,4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Maliyyə Nazirliyi bu vəsaiti təmin edəcək, İqtisadiyyat Nazirliyi isə 2026-cı il büdcəsində əlavə maliyyə vəsaitini nəzərdə tutacaq. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Eyni zamanda, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, dövlət qulluğuna qəbulla bağlı müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının fəaliyyəti tənzimlənir və prosedurlar aydınlaşdırılır.
Fərmanla həmçinin Azərbaycan Respublikasının əvvəlki fərman və əsasnamələrinə uyğun dəyişikliklər edilib və Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
