🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə proses davam edir

Azərbaycan.media xəbər verir ki, dekabrın 19-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmədə təqsirləndirilən David Manukyan son söz çıxışını davam etdirərək ittiham tərəfinin arqumentlərinə öz əks mövqeyini bildirib. O, dövlət ittihamını müdafiə edən prokurorların iddiaları ilə razılaşmadığını vurğulayıb və qondarma rejimin “təhlükəsizlik şurasının iclaslarında” nə iştirakçı, nə də müşahidəçi olmadığını, bunun səbəbini vəzifə öhdəliklərinin icazə verməməsi ilə izah edib. Manukyan çıxışında həmçinin vəkillərinə təşəkkürünü bildirib.

Digər təqsirləndirilən Arayik Harutyunyan da dövlət ittihamını müdafiə edən prokurorların arqumentləri ilə razılaşmadığını söyləyib. O, çıxışında özünün və iki qardaşının Qarabağda erməni dilində məktəb təhsili aldığını, azərbaycanlılarla arasında heç bir problem olmadığını və bir-birinin tədbirlərində iştirak etdiklərini qeyd edib.

Qeyd edilir ki, məhkəmədə Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını pozma, terrorçuluq və digər cinayətlərdə təqsirləndirilən şəxslərin işi araşdırılır.