Azərbaycan.media xəbər verir ki, Qazaxıstan Xəzər dənizinin su ehtiyatlarının qorunması ilə bağlı dövlətlərarası proqramın hazırlanmasına başlayıb.
Ekologiya və təbii ehtiyatlar naziri Yerlan Nısanbayev jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə Xəzəryanı dövlətlərlə birgə iş aparılır.
Nazir qeyd edib ki, regionun ekoloji problemlərini öyrənmək məqsədilə prezidentin təşəbbüsü ilə Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb. Bundan başqa, Aral dənizi təcrübəsi əsasında qurumuş ərazilərdə meşə zolaqlarının yaradılması istiqamətində tədbirlər görülür.
