Azərbaycan.media xəbər verir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmiryev bildirib ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Almaniya kansleri Fridrix Merts dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklifləri dəstək almadıqdan sonra istefa verməlidirlər.
Dmiryevin sözlərinə görə, fon der Lyayen, Merts, Britaniyanın baş naziri Kir Starmer və digər “müharibəni qızışdıran” siyasətçilər Rusiyanın ehtiyatlarının müsadirəsi ilə bağlı təklifdə siyasi maraqlarını prioritet edib və bu cəhd uğursuz olub.
Qeyd edilir ki, həm rusiyalı, həm də bir çox xarici siyasətçilər və ekspertlər Rusiya aktivlərinin müsadirəsinin qanunsuz addım olacağını və bunun ardınca Kremlin sərt cavab verəcəyini dəfələrlə vurğulayıblar.
