🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsraildə İran maraqları üçün casusluqda şübhəli Rusiya vətəndaşı həbs edildi

Azərbaycan.media xəbər verir ki, İsraildə İran xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs olunub.

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polis bildirir ki, saxlanılan şəxs Vitali Zvyagintsevdir. İstintaq materiallarına əsasən, o, İsrail limanlarında hərbi və mülki infrastrukturu gizli şəkildə çəkib.

Məlumata görə, Zvyagintsev 2025-ci ilin oktyabrından etibarən özünü “Roman” kimi təqdim edən şəxs ilə əlaqə saxlayaraq çəkilişləri “turist fəaliyyəti” adı altında həyata keçirib. Tapşırıqlarını İran xüsusi xidmət orqanlarının kuratoru verib və icra qarşılığında Zvyagintsev kriptovalyuta ilə ödəniş alıb.