Azərbaycan.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı mətbuat konfransında Ukrayna münaqişəsi barədə fikirlərini açıqlayıb.
Putin bildirib ki, Rusiya ölümlərə görə məsuliyyət daşımır, çünki müharibəni Kiyev başlayıb. O həmçinin ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq üçün səmimi və ciddi səylər göstərdiyini, Rusiyanın sülh planlarını rədd etdiyini söyləməyin düzgün olmadığını vurğulayıb.
“Dəfələrlə dediyim kimi, Tramp bunu tam səmimiyyətlə edir. Ankoricdə görüşümüzdə onun təklifləri ilə razılaşdıq və praktik olaraq razılaşdıq. Buna görə də, nəyisə rədd etdiyimizi demək tamamilə səhvdir və əsassızdır”, – deyə Putin əlavə edib.
