🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Ordusu Odessanı Yenidən “Şahed” Dronları ilə Vurdu – Şəhər Elektriksiz Qaldı

Azərbaycan.media xəbər verir ki, Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə “Şahed” tipli kamikadze dronlarla hücum edib. Yerli media zərbələrin əsasən enerji infrastrukturunu hədəf aldığını bildirib.

Hücum nəticəsində Odessa sakinləri elektrik enerjisiz qalıb. Eyni zamanda şəhərin bəzi ərazilərində yanğınların baş verdiyi qeyd olunur.

Hadisə ilə bağlı Ukrayna rəsmiləri tərəfindən əlavə məlumatın veriləcəyi gözlənilir.