Azərbaycan.media xəbər verir ki, Ukrayna ilə ABŞ arasında aparılan danışıqlarda Donbas bölgəsinin taleyi hələ də həllini tapmayıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
Zelenski bildirib ki, Donbasın gələcəyi, eləcə də Zaporojye Atom Elektrik Stansiyasının statusu ABŞ-la aparılan danışıqlarda açıq qalan əsas mövzulardandır.
Ukrayna prezidenti əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı hücumları bərpa edəcəyi təqdirdə ABŞ-ın hansı addımları atacağı və təhlükəsizlik zəmanətləri çərçivəsində konkret hansı mexanizmlərin işə salınacağı ilə bağlı da hələlik aydın cavab almayıblar.
Oxundu: 11
