🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Papuaşvili: Prezident Zelenski Gürcüstan üçün meyar deyil

Azərbaycan.media xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Vladimir Zelenskinin Gürcüstan üçün meyar olmadığını bildirib.

Spiker bu fikirləri brifinq zamanı səsləndirib. O qeyd edib ki, Gürcüstan üçün əsas meyar Ukrayna xalqıdır.

Papuaşvilinin sözlərinə görə, Ukrayna hakimiyyətinin Gürcüstan və gürcü xalqına qarşı apardığı düşmənçilik siyasətinə baxmayaraq, Tbilisi Ukrayna xalqını dəstəkləməkdə davam edir:

“Dəfələrlə bəyan etmişik ki, Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı apardığı düşmənçilik siyasətinə baxmayaraq, biz Ukrayna xalqını dəstəkləməyə sadiq qalırıq. Müharibənin ilk günündən etibarən Ukrayna xalqına yardım göstərmək üçün lazım olan hər şeyi edirik”, – deyə o vurğulayıb.

Spiker əlavə edib ki, Ukraynanın dövlət başçısı şəxsi qərarları ilə dəfələrlə gürcü xalqına qarşı nankorluq nümayiş etdirib.

Qeyd edək ki, Gürcüstan Ukrayna üzrə Kompensasiya Komissiyasının yaradılmasını dəstəkləyib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Haaqada müvafiq konvensiyanı imzalayıb.