🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah Bakıda və bölgələrdə hava əsasən yağmursuz olacaq

Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-qərb küləyi səhər saatlarından etibarən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2–5 dərəcə isti, gündüz isə 7–10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70–75 faiz, gündüz isə 60–65 faiz səviyyəsində olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq, şərq küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7–10 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7–10 dərəcə şaxta, yüksək dağlıq yerlərdə isə 10–13 dərəcə şaxta, gündüz saatlarında isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınacaq.