🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Markov: Tramp Venesuelaya müharibə elan etmədi

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində Venesuela və Ukrayna ilə bağlı heç bir açıqlama verməyib.

Bu barədə rusiyalı politoloq Sergey Markov Axar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Tramp çıxışında əsasən özünü prezident kimi tərifləməyə üstünlük verib.

Markov qeyd edib ki, Tramp çıxışında aşağıdakı məqamları önə çəkib:

ABŞ-ın cənub sərhədi ilk dəfə olaraq miqrantlardan qorunur;

Miqrant axınının qarşısı alınıb;

Cənubdan dəniz yolu ilə narkotik daşınması 95 faiz azalıb;

ABŞ ordusu gücləndirilib;

Dünyada ABŞ-a hörmət artıb.

Qeyd edək ki, Trampın çıxışı ərəfəsində onun Venesuelaya qarşı quru əməliyyatının başladığını elan edəcəyi ilə bağlı iddialar yayılmışdı.