🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəsul Quliyev Bilgəh qəsəbəsindəki torpaq sahəsini 5 milyon manata satıb

Azərbaycan.media xəbər verir ki, sabiq spiker Rəsul Quliyev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesindəki torpaq sahəsini satışa çıxarıb və obyekt 5 milyon manata alınıb.

Məlumata görə, satış əməliyyatı bu ayın əvvəlində baş tutub.

Qeyd olunur ki, həmin ünvandakı torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Bu səbəbdən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Onu da xatırladaq ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır. Onun ailə üzvləri 30 ildən sonra oktyabrın sonlarında Bakıya gəliblər. Bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna sosial şəbəkədə paylaşım edib.