🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dövlət Xidməti “Talassemiyasız həyat naminə” aksiyası çərçivəsində qanvermə tədbiri keçirib

Azərbaycan.media xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyindəki “Respublika Qan Bankı” ilə birgə könüllü qanvermə aksiyası təşkil edib.

Tədbir “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilib və Dövlət Xidmətinin əməkdaşları aksiyada fəal iştirak ediblər.

Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq vəziyyətini yoxladıqdan sonra qan analizləri götürüblər. Toplanmış qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və ölkə üzrə mütəmadi olaraq könüllü qanvermə aksiyaları təşkil edilir.