Azərbaycan.media xəbər verir ki, Bəyxan Pərviz oğlu Manafov 2015-ci il aprelin 3-də Bakı şəhərində dünyaya gəlib. Hələ 11 yaşında olmasına baxmayaraq, həm orta məktəbdə, həm də musiqi məktəbində yüksək nailiyyətlər əldə edən istedadlı uşaqdır. Orta məktəbdə dərslərində əlaçı kimi fərqlənir və təhsili ilə valideynlərini və müəllimlərini sevindirir.
Musiqi məktəbində isə Bəyxan artıq özünü peşəkar musiqiçi kimi göstərməkdədir. O, müxtəlif musiqi müsabiqələrində iştirak edərək, birinci və ikinci yerləri qazanıb, qran-pri mükafatlarına layiq görülüb. Keçən il 8 ölkə arasında təşkil olunan beynəlxalq müsabiqədə Azərbaycanı layiqincə təmsil edərək ikinci yerə sahib olub.
Hazırda Bəyxan Konservatoriyada keçirilən “Barokko Ustadları – 340” Respublika Müsabiqəsində çıxış edərək, mükafatını alıb və daim öz üzərində çalışmaqda davam edir. Onun qarşısında böyük perspektivlər açılır və o, növbəti müsabiqələrə hazırlaşır.
Balaca istedad Bəyxan Manafov yalnız ailəsinin deyil, həm də Azərbaycan musiqi ictimaiyyətinin qürur mənbəyidir. Onun uğurları gənc nəsillərə ilham verir və musiqi sahəsində gələcəyin parlaq adlarından biri olacağının siqnalını verir.




Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
