Azərbaycan.media xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın əsl məqsədinin ölkəsində rejim dəyişikliyinə nail olmaq və Venesuelanı müstəmləkəyə çevirmək olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ bu niyyətlə Venesuelada “kukla hökumət” formalaşdırmağa çalışır:
“Trampın bəyanatı ABŞ-ın faktiki olaraq rejim dəyişikliyinə, eləcə də Venesuela ərazisinə və resurslarına sahib olmağa can atdığını göstərir. Bu, sadəcə olaraq müharibə qızışdırılması və müstəmləkəçilikdir. Biz bunu dəfələrlə demişik və indi hamı həqiqəti görür. Həqiqət üzə çıxdı”, – deyə Maduro vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Venesuelaya qarşı hərbi müdaxiləyə hazırlaşdığına dair məlumatlar yayılıb.
