Azərbaycan.media xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş ABŞ və Venesuelanı təmkin nümayiş etdirməyə və vəziyyətin deeskalasiyasına çağırıb.
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Haq brifinqdə bildirib.
Haq qeyd edib ki, Baş katib diqqətini gərginliyin daha da artmasının qarşısının alınmasına yönəldib və tərəfləri dərhal deeskalasiya addımları atmağa çağırır.
