Azərbaycan.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin bir qrup əməkdaşı təltif olunub.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər mükafatlandırılıb.
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə:
Məmmədhəsənov Cəfər Vaqif oğlu
“Rəşadətli əməyə görə” nişanı ilə:
Bağırova Aynurə Əsgər qızı
Bağırova Sona Fərəməz qızı
Qasımova Xədicə İsmayıl qızı
Quliyeva Lətifə Lətif qızı
Quliyeva Solmaz Lətif qızı
Qeyd olunub ki, təltiflər arxiv işi sahəsində uzunmüddətli və səmərəli fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır.
