🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vladimir Zelenski Aİ liderlərinin Brüssel sammitində iştirak edəcək

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Birliyi liderlərinin sammitində iştirak edəcək.

Məlumata görə, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Bildirilib ki, cümə axşamı Brüsseldə keçiriləcək sammitdə Ukraynanın maliyyə ehtiyatları ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd olunur ki, görüşdə Ukraynaya göstərilən maliyyə dəstəyi və gələcək addımlar əsas gündəm mövzularından biri olacaq.