Azərbaycan.media xəbər verir ki, İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə yaşayış məntəqəsinə yenidən daxil olub.
Məlumata görə, İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub. Daha sonra hərbçilər “Əlam dairəsi” adlanan ərazidə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndi istiqamətində hərəkət ediblər və vilayətin şimal hissəsində yerləşən Tal-Krum-Caba bölgəsinə çatıb.
Bildirilir ki, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubunda yerləşən bir sıra kənd və şəhərlərə daxil olublar. Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
