Azərbaycan.media xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrlərdə müşahidə olunan müsbət dinamikadan danışıb.
Nazir Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş “20 illik inkişaf yolu” adlı tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri və regional sülh gündəliyi çərçivəsində aparılan müzakirələr təhlükəsizlik mühitinə mühüm təsir göstərir.
Vüqar Mustafayevin sözlərinə görə, bu proseslər eyni zamanda müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və gələcək perspektivlər baxımından əhəmiyyətli rol oynayır.
Oxundu: 6
