Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin davam edəcəyini bəyan edib. O, bunu RF Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında çıxışı zamanı deyib.
Putin bildirib ki, Rusiya münaqişənin əsas səbəblərinin diplomatik yollarla həllinə üstünlük verir. Lakin onun sözlərinə görə, Ukrayna və onu dəstəkləyən xarici tərəfdaşlar əsaslı danışıqlardan imtina edərsə, Moskva qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olacaq.
Rusiya prezidenti qeyd edib ki, ölkənin strateji nüvə qüvvələri qlobal miqyasda güc balansının qorunmasında həlledici rol oynamaqda davam edir.
Eyni zamanda Putin orduya robototexnika və süni intellekt texnologiyalarının tətbiqinin sürətləndirilməsi, həmçinin xarici dövlətlərlə hərbi və hərbi-texniki əməkdaşlığın fəal şəkildə genişləndirilməsi barədə tapşırıqlar verib.
O, çıxışı zamanı “Oreshnik” raket sisteminin 2025-ci ilin sonunadək istismara veriləcəyini də açıqlayıb.
