🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ukrayna Rusiya ordusunun itkilərini açıqladı – 1,19 milyondan çox hərbçi məhv edilib

Azərbaycan.media xəbər verir ki, Ukrayna müharibənin 1393-cü günü üçün Rusiya ordusunun itkiləri ilə bağlı yenilənmiş məlumat yayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Məlumata əsasən, Rusiya ordusu indiyədək 1 192 350 hərbçi itirib. Bundan əlavə, Rusiya qüvvələrinin 11 427 ədəd tankı, 23 758 ədəd zirehli döyüş maşını, 35 205 ədəd artilleriya sistemi, 1 571 ədəd reaktiv yaylım atəş sistemi (RYAS), 1 262 ədəd hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Həmçinin 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 91 386 ədəd pilotsuz uçuş aparatı (PUA), 4 073 ədəd qanadlı raket, 70 361 ədəd avtomobil texnikası və yanacaq maşını, 28 gəmi və kater, 2 sualtı qayıq, eləcə də 4 027 ədəd xüsusi texnika itirildiyi bildirilir.