🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəqsanə İsmayılova: “Fazil müəllimlə ayrılmamışıq” – canlı efirdə etiraf

 

Azərbaycan.media xəbər verir ki, müğənni Rəqsanə İsmayılova Xəzər TV-də yayımlanan “Qonaqcanlı” verilişində şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Sənətçi bildirib ki, həyat yoldaşı Fazil müəllimlə ayrılıq xəbərləri həqiqəti əks etdirmir. Onun sözlərinə görə, konsert zamanı səsləndirdiyi “sevgi bitdi” ifadəsi yanlış anlaşılıb:

“Konsertdə dedim ki, Fazil müəllimlə sevgi bitdi. Amma bunu o mənada söylədim ki, o, mənim əsl sevgim olub. Mənə əsl sevginin nə olduğunu öyrədən insandır”.

Verilişin aparıcısı Aytəkin Mərdanova Rəqsanə İsmayılovaya həyat yoldaşına sevgisini etiraf etməyi təklif edib. Müğənni isə Fazil müəllimi çox sevdiyini açıq şəkildə bildirib və əlavə edib ki, o, hər zaman onların yanındadır. Sənətçi yaxın vaxtlarda həyat yoldaşı ilə yeni klip çəkdirəcəklərini də açıqlayıb.

Rəqsanə İsmayılova həmçinin pərəstişkarlarını narahat olmamağa çağıraraq hər şeyin qaydasında olduğunu vurğulayıb. Aparıcının “Fazil müəllim hazırda Bakıdadırmı?” sualına isə müğənni “Bəli, hazırda evdən bizi izləyir” cavabını verib.

 

 

Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media