🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Viktor Orban Putinə Rusiyanın Ukraynaya təzminat krediti üçün aktivlərin istifadə edilməsini soruşub

Azərbaycan.media xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orban Rusiya lideri Vladimir Putinə məktub yazaraq, Rusiyanın Ukraynaya təzminat krediti üçün dondurulmuş aktivlərindən istifadə edilməsi halında ölkəsinin cəzalandırılıb-cəzalandırılmayacağını soruşub.

Macarıstanın “Mandiner” nəşri xəbər verir ki, Orban məktub vasitəsilə Kreml tərəfindən bu məsələyə hansı reaksiya veriləcəyini öyrənmək istəyib.

Bildirilir ki, Baş nazirə Kremlin cavabı aydın olub: “Ruslar qətiyyətli reaksiya verəcək və həmçinin Aİ sammitində hansı üzv dövlətlərin qərara səs verdiyinə diqqət yetirəcəklər”.

(Mənbə: AzPolitika.info)