Azərbaycan.media xəbər verir ki, Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avroluq hərbi yardımın ayrılmasına qoyduğu vetonu ləğv edib.
Bu barədə məlumatı “Azadlıq” radiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak mənbələrə istinadən açıqlayıb. Onun sözlərinə görə, yekun qərarın yanvar ayında verilməsi gözlənilir.
Qeyd edək ki, 2021-ci ildə yaradılan Avropa Sülh Fondu Avropa İttifaqı tərəfindən ittifaq xaricindəki ölkələrə hərbi yardım göstərmək məqsədilə istifadə olunur.
