Azərbaycan.media xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna ərazisində Avropa İttifaqı koalisiyasının bir hissəsi kimi xarici hərbi kontingentlərin olmasının məqbul olub-olmadığı ilə bağlı suala cavab verərkən bildirib ki, Rusiyanın bu məsələdə mövqeyi hamıya məlum, tamamilə ardıcıl və aydındır.
Onun sözlərinə görə, mövqe prezident Vladimir Putin və digər işçi səviyyələrdə formalaşdırılıb.
Kremlin sözçüsü qeyd edib ki, ABŞ və Avropa ilə aparılan müzakirələrdən irəli gələn sənədlər nəzərdən keçirildikdən sonra vəziyyət daha da aydın olacaq: “Bütün bunlar amerikalılar, avropalılar və ukraynalılar arasında müzakirələrdən irəli gələn sənədləri nəzərdən keçirdikdən sonra aydın olacaq. Mən hazırda heç bir proqnoz və ya qiymətləndirmə verməzdim”.
D.Peskov həmçinin Kremlin Ukrayna sülh prosesi çərçivəsində ümumi mövzuları və ya konkret məqamları mətbuat vasitəsilə müzakirə etməyi nəzərdə tutmadığını bildirib: “Hazırda mətbuat vasitəsilə heç bir ümumi mövzu və ya konkret məqamları müzakirə etməyəcəyik”.
(Mənbə: APA)
