🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xocavəndin Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi baş tutub

Azərbaycan.media xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi həyata keçirilib. Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Məlumata görə, bu gün Qırmızı bazar qəsəbəsi 18 ailəyə — ümumilikdə 90 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün bütün zəruri şərait yaradılıb: yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.

Keçmiş məcburi köçkünlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.