🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masazırda yaşayış binasının zirzəmisində fəaliyyət göstərən mebel sexinin işi dayandırıldı

Azərbaycan.media xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi, 39 nömrəli binanın zirzəmisində fəaliyyət göstərən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib.

Müəyyən olunub ki, mövcud nöqsanlar insan həyatı və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır. Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması faktları nəzərə alınaraq, sözügedən mebel sexinin fəaliyyətinin dayandırılması barədə müvafiq qərar qəbul edilib.

Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.