Azərbaycan.media xəbər verir ki, Tovuz rayonunda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Hadisə dekabrın 16-da Qovlar şəhərində qeydə alınıb.
Məlumata görə, qəsəbə sakinləri — 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki azyaşlı övladı dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılıblar.
Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır. (Mənbə: APA)
