Azərbaycan.media xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlamasında Prezident Donald Trampın ona və dövlət katibi Marko Rubiyoya yeni ayaqqabılar sifariş etməsindən danışıb.
Publika.az xəbər verir ki, Vensin çıxışının videosu “CRUX”un “YouTube” kanalında yayımlanıb.
Vitse-prezident bildirib ki, hadisə təxminən bir həftə əvvəl Oval kabinetdə baş verib. Tramp Vens və Rubiyonun geyindiyi ayaqqabılara diqqət yetirib və onları kifayət qədər bəyənməyib. Prezidentin fikrincə, “daha vacib bir şey var – ayaqqabı”.
Vensin sözlərinə görə, nəticədə Tramp hər biri üçün dörd cüt yeni ayaqqabı sifariş edib.
