Azərbaycan.media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Neftin 1 barelə olan qiyməti 1,28 ABŞ dolları və ya 2% azalaraq 62,45 ABŞ dollarına düşüb.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,73 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları nəzərə alınmışdı.
