🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kürdəmirdə 22 yaşlı qadın əməliyyatdan sonra vəfat etdi

Azərbaycan.media xəbər verir ki, Kürdəmir rayonunda cərrahi əməliyyat olunmuş 22 yaşlı qadın dünyasını dəyişib.

Rayonun Qarasu kənd sakini, 22 yaşlı Məleykə Nurməmmədova bir neçə gün əvvəl Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında ginekoloji kista əməliyyatı keçirib.

Məlumata əsasən, bu gün xəstəxanada müalicə aldığı vaxt onun vəziyyəti qəfil ağırlaşıb və gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.