Azərbaycan.media xəbər verir ki, ABŞ-nin Vaşinqton ştatında baş verən qəfil daşqın Uayt-River çayı üzərindəki bəndin yarılmasına səbəb olub. Hadisə ilə əlaqədar Pasifik şəhərinin sakinləri təxliyə edilib.
Rəsmi mənbələrin məlumatına görə, daşqın zamanı 33 yaşlı kişi həyatını itirib. Qeyd olunur ki, onun idarə etdiyi avtomobil sel sularına qapılıb.
Yanğınsöndürmə dairəsinin açıqlamasında deyilir ki, avtomobil yoldan çıxaraq dərəyə düşüb. Xilasedicilər nəqliyyat vasitəsini aşkar edərək sürücünü çıxarsalar da, onun artıq öldüyü müəyyən edilib.
Oxundu: 3
