Azərbaycan.media xəbər verir ki, ABŞ yeddi ölkənin – Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşlarına qarşı tam səyahət qadağası tətbiq edəcək.
Bununla bağlı Ağ Ev rəsmi açıqlama yayıb. Bildirilib ki, əvvəllər Laos və Syerra-Leoneyə yalnız qismən məhdudiyyətlər tətbiq olunmuşdu, yeni qərarla isə bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi tamamilə qadağan ediləcək.
Qeyd edək ki, noyabr ayının sonunda ABŞ Prezidenti Donald Tramp üçüncü dünya ölkələrindən ABŞ-yə miqrasiya axınının qarşısını almaq niyyətində olduğunu açıqlamışdı. Yeni qərar həmin siyasətin davamı kimi qiymətləndirilir.
Oxundu: 3
