🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Dekabrın 17-si Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq

Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65-75% təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli yağış ehtimalı var, lakin gündüz yağışlar tədricən kəsəcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.