🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Özbəkistan Həmkarlar İttifaqları Qarabağ zəfərini yüksək qiymətləndirir

Azərbaycan.media xəbər verir ki, Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Kudratulla Rafikov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında çıxışı zamanı Qarabağ zəfərindən danışıb.

K.Rafikov bildirib ki, Qarabağ zəfəri ilə qardaş Azərbaycan xalqı ilə bərabər Özbəkistan da fəxr edir və bu hadisə Azərbaycanın gücünü, cəsarətini və potensialını dünyaya nümayiş etdirib.

Federasiya sədri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib və qeyd edib ki, Özbəkistanda 80 mindən çox azərbaycanlı bərabərhüquqlu vətəndaş kimi yaşayır.

K.Rafikov vurğulayıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası möhkəm təməl üzərində qurulub və yeni nailiyyətlərin astanasındadır:

“Biz inanırıq ki, bu inkişaf və nailiyyətlər davamlı və faydalı olacaq”.