Azərbaycan.media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə növbəti müsahibə mərhələsi 17 dekabr 2025-ci il tarixindən başlayacaq.
Məlumatda qeyd olunub ki, müsahibələr test imtahanı mərhələsində 30-34 bal toplamış namizədlərə yönəldilib. Namizədlərə müsahibənin vaxtı və məkanı barədə məlumat SMS vasitəsilə göndərilib.
Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək. Nəticələr isə namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrə SMS vasitəsilə çatdırılacaq.
