🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Çin “Ciyun III 04” xəritəçəkmə peykini orbitə çıxardı

Azərbaycan.media xəbər verir ki, Çin yeni “Ciyun III 04” (Ziyuan III 04) xəritəçəkmə peykini orbitə göndərib.

AZƏRTAC-ın məlumatına görə, peyki orbitə aparan daşıyıcı raketin buraxılışı Şensi əyalətindəki Tayyuan kosmodromundan yerli vaxtla 11:17-də (Bakı vaxtı ilə 7:17) həyata keçirilib və peyk planlaşdırılan orbitə çatıb.

Çin Kosmos Elmləri Akademiyası tərəfindən hazırlanmış peyk orbitdəki “Ciyun III 02” və “Ciyuan III 02” peykləri ilə birlikdə fəaliyyət göstərəcək. Stereoskopik xəritəçəkmə kamerası, çoxspektrli kamera və lazer ölçü cihazı ilə təchiz edilən peyklər yüksək dəqiqlikli üçölçülü (3D) şəkillər çəkə biləcək.

Peyk qrupundan əldə olunan məlumatlar coğrafi informasiya sistemlərinin inkişafı, təbii sərvətlərin araşdırılması və monitorinqi, ərazi torpaq planlaşdırması və təbii ehtiyatlara nəzarət sahələrində tətbiq ediləcək.