🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fransa mediası Türkiyənin “Qəzəb” bombası ilə bağlı sensasion dəyərləndirmə yaydı

Azərbaycan.media xəbər verir ki, Fransa mediası Türkiyənin ən güclü ənənəvi təyyarə bombası olan “Qəzəb”lə bağlı diqqətçəkən qiymətləndirmələr aparıb.

“Science Post” qəzetində dərc olunan məqalədə Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərin regional və qlobal hərbi balanslara ciddi təsir göstərə biləcəyi vurğulanıb.

Məqalədə qeyd olunub ki, pilotsuz uçuş aparatları və müdafiə sistemlərində qazandığı uğurlardan sonra Türkiyə artıq ənənəvi silahlar sahəsində də qlobal miqyasda kritik həddi keçib. Bildirilib ki, “Qəzəb” atom və ya hidrogen bombası olmasa da, dağıdıcı gücü baxımından nüvə silahlarını xatırladan nəticələr yarada bilər.

Qəzetin yazdığına görə, təxminən 970 kiloqram ağırlığında olan bu bomba 3000 dərəcəyədək temperatur formalaşdıra bilir və yaranan istilik beton və polad kimi möhkəm materialları belə əridə bilər.