Azərbaycan.media xəbər verir ki, Sabunçu rayonunda yerləşən evlərin birindən oğurluq hadisəsi qeydə alınıb.
Zərərçəkən şəxs polisə müraciət edərək yaşadığı evdən 8 min dollar dəyərində qızıl-zinət əşyasının naməlum şəraitdə talandığını bildirib. Daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən M.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
